Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bildirib ki, Azərbaycan əsrlər boyu Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycanın şərtləri ilə orada qalmalı və ya üçüncü ölkəyə getməli olduğu narativini təbliğ edir.
Bu barədə Marukyan özünün “Twitter” mikrobloqunda yazıb.
“Azərbaycan belə bir narativ irəli sürür ki, əsrlər boyu Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanın şərtləri ilə orada qalmalı və ya üçüncü ölkəyə getməli, bunun etnik təmizləmə olmadığını iddia edirlər. Maraqlıdır, bu tezisin müəllifləri öz dediklərinə inanırmı?”, Marukyan yazıb.