BaşlıcaSiyasət

“Paşazadə Ermənistana necə satılıb” və ya Əliyev İranla qarşıdurmada necə dini kartını oynayır

Azərbaycan prezidenti İlham Əliyev İranla “soyuq qarşıdurmasında” dəfələrlə istifadə etdiyi “məhsul”u, yəni saxta “Qafqaz Müsəlmanları İdarəsi”nin sədri Allahşükür Paşazadəni işə salıb. Paşazadəyə İran-Azərbaycan münaqişəsinə dini rəng vermək tapşırığı verilib.

“İnfotek24” yazır ki, Əliyevin maaşı ilə yaşayan “dindar” İranın Azərbaycan sərhədlərində hərbi təlimlər keçirməsinə təəccüblənib. Paşazadə bunu həm də Azərbaycanın İran sərhədində təlimlər keçirdiyi bir vaxtda deyir.

Bundan başqa da, saxta din xadimi iranlıların dindarlığına şübhə ilə yanaşmağa çalışıb.

“Baxmayaraq ki, İran İslam Respublikası deyilir, amma onların bizim sərhədlərdə manevr etməsi yolverilməzdir. Mən televizorda gördüm ki, hərbçilər hətta təyyarəyə oturanda bir din xadimi gəlib Qurani-Kərimlə xeyir-dua verir. Bu nəyə xeyir-dua verir? Hara göndərir? Azərbaycana? Müsəlman dövlətinin sərhədinə, ona əzələ göstərməyə göndərir. Bu, heç də müsəlmana yaraşan hərəkət deyil. Mən bunu gözləmirdim”,- deyə o qeyd etdi.

Paşazadə hesab edir ki, İran onu erməniyə satdı. Lakin Əliyev rejimi məscidlərin bağlanması, şiə müqəddəslərinin adını daşıyan küçələrin adının dəyişdirilməsi, məktəblərdə hicabın qadağan edilməsi və ölkəni sionistlərin dayağına çevirməsi ilə Azərbaycandakı milyonlarla şiənin ümidlərini heçə çıxartdı. Bəs bu vəziyyətdə Azərbaycandakı şiələrə kim xəyanət etdi?

Daha çox göstər
Back to top button