BaşlıcaSiyasət

 Ruben Safrastyan İranla Türkiyə arasında birbaşa qarşıdurma ehtimalını dəyərləndirib

İran anlayır ki, Türkiyənin arzuladığı Sünikdən keçən dəhliz Tehrana əlavə təzyiq rıçaqları yarada və Ermənistanla sərhədi bağlaya bilər.

 Bu sözləri türkoloq Ruben Safrastyan NEWS.am ilə  söhbətində deyib.

Onun sözlərinə görə, Rusiya və İran Türkiyənin iştahını cilovlaya biləcək.

“İranın Türkiyəyə qarşı hərbi əməliyyatlar aparmağa gücü çatmır. Çünki bu, bir neçə on milyonlarla türkün yaşadığı ölkə daxilində problemlər yaradacaq. İranın Türkiyənin daxili proseslərinə təsir etmək imkanı var.

Uzun illər ölkələr arasında müəyyən bərabərlik hökm sürürdü. İndi İran Türkiyənin dəstəklədiyi Azərbaycana təzyiq edərək o balansı pozmağa başlayır.

 Ona görə də Tehran Türkiyə ilə birbaşa hərbi münaqişədən qaçmaq üçün Bakıya nə qədər təzyiq göstərə biləcəyini bilir” – deyərək türkoloq vurğulayıb.

Daha çox göstər
Back to top button