BaşlıcaSiyasət

Rus politoloq:  “Moskva başa düşür ki, Qarabağ Bakının yurisdiksiyasına keçərsə, nələr baş verəcək”

Qarabağ Azərbaycanın yurisdiksiyasına keçərsə, bunun nəticələrini Rusiya əladərk edir. Qərb konsepsiyasından fərqli olaraq, Moskvanın yanaşmalarında orada yaşayan ermənilərin təhlükəsizliyi və mövcudluğu problemləri  nəzərə alınır.

Bu barədə, Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru, RGA-nın müxbir üzvü, siyasi elmlər doktoru Fyodor Voytolovski Sputnik Armeniya mətbuat mərkəzində keçirilən mətbuat konfransı zamanı  bildirib.

“Avropa və Amerikanın təkliflərinə baxsaq, onlar konkret bir şeyi nəzərdə tutur: Azərbaycanın yurisdiksiyası və Dağlıq Qarabağ Respublikasının faktiki olaraq ləğvi.

Bununla belə, Rusiya status məsələsinə böyük anlayış və çevikliklə yanaşır. Birmənalı qərar və DQR-in Azərbaycanın yurisdiksiyasına verilməsi erməni əhalisinin kütləvi şəkildə mühacirəti və onilliklər boyu öz varlığı uğrunda mübarizə aparan tanınmamış respublikanın ləğvi deməkdir” – deyərək Voytolovski vurğulayıb.

Ekspertin fikrincə, Rusiya tərəfinin təklif etdiyi yol xeyli mürəkkəbdir və zəhmət tələb edir, lakin burada təhlükəsizlik tələbi və bütün tərəflərin mövcudluğu nəzərə alınır, Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi məsələsinə üstünlük verilir.

Voytolovski hesab edir ki, mürəkkəb konfliktlərin tez həlli təklif olunanda bu, həmişə narahatlıq doğurur.

Daha çox göstər
Back to top button