ArtsaxBaşlıca

Artsax XİN: “Azərbaycanın Laçın dəhlizi ilə Artsaxa hərbi texnikanın ötürülməsi ilə bağlı dezinformasiyası geosiyasi şantajdır”

Artsaxın Xarici işlər naziri Davit Babayan Azərbaycanın “Telegram” kanallarının Laçın dəhlizi ilə hərbi texnikanın Artsaxa daşınması ilə bağlı yaydığı məlumatı terrorizm, geosiyasi və informasiya şantajı forması adlandırır. Bu haqda o, öz “Facebook” səhifəsində yazıb.

“Azərbaycan Teleqram kanallarında guya Laçın dəhlizi ilə Artsaxa hərbi texnikanın daşınması, onların təsvirinə görə “sülhməramlı humanitar yardım” adı altında yayılan həmin məlumat, reallığa qətiyyən uyğun gəlməyən məlumatdır.

Bu, geosiyasi şantajdır, informasiya şantajıdır və terrorizmdir.

Hər yerdə kameralar quraşdırılıb. Hər şey görünür. Bu, həm də Soçidəki görüşdən sonra Rusiya sülhməramlılarına zərbədir” – deyərək Artsaxın Xİ naziri  qeyd edib.

Daha çox göstər
Back to top button