BaşlıcaSiyasət

Artsaxın İHM: “Azərbaycan hərbi bazaları mülki əhalinin həyatı üçün birbaşa təhlükədir”

“Artsaxın Xramort kəndi ərazisində kənd təsərrüfatı işləri ilə məşğul olan mülki şəxslərə hədəflənmiş atəşlər Azərbaycanın Artsax xalqına qarşı apardığı etnik ədavətin və soyqırım siyasətinin daha bir sübutudur.

Hüquq müdafiəçisinin əməkdaşlarına daxil olan məlumata görə, hadisə noyabrın 5-də saat 12:30 radələrində Artsax Respublikasının Əskəran rayonunun Xramort icmasının inzibati ərazisində yerləşən əkin sahəsində qeydə alınıb.

 Açılan atəş nəticəsində Stepanakert sakini K. Martirosyana məxsus “Belarus” markalı traktora ziyan dəyib.Mülki şəxslər arasında itki yoxdur. Atəş nəticəsində kənd təsərrüfatı işləri tamamilə dayandırılıb.

Sülhdən danışaraq, Artsax xalqının hüquq və təhlükəsizliyi barədə yalan vədlər verən Azərbaycan hakimiyyəti və silahlı qüvvələri Artsax xalqının ən elementar hüquqlarının geniş şəkildə pozulmasına gətirib çıxaran, fiziki və psixoloji vəziyyətini sarsıdan cinayət siyasətini davam etdirməkdədir.

Biz dəfələrlə vurğulamışıq ki, dinc yaşayış məntəqələrinin yaxınlığında yerləşən hərbi bazalar mülki əhalinin həyatına və digər əsas hüquqlarına birbaşa təhlükədir və atəşkəs əldə edildikdən sonra bunun hədələyici nəticələrinin dəfələrlə şahidi olmuşuq.

Azərbaycanın etnik təmizləmə və soyqırımı siyasəti dəyişməyib və dəyişməyəcək. Yalançı pasifizm pərdəsi altında bütün bu əməllər beynəlxalq ictimaiyyəti çaşdırmaq və cəmiyyətimizin sayıqlığını zəiflətmək məqsədini daşıyır”.

Daha çox göstər
Back to top button