BaşlıcaEkonomika

Erməni istehsalçıları öz məhsullarını Los-Anceles şəhərində satmaq imkanı əldə edəcəklər

Milad bayramından əvvəl, yəni dekabrın 10 və 11-də erməni istehsalçılar öz məhsullarını ABŞ-ın Los-Anceles şəhərində satmaq imkanı əldə edəcəklər.

Erməni İnformasiya Mərkəzinin verdiyi məlumata görə, “Buy Armenian” şirkəti və “Standing Our Families” fondu birgə iki gün ərzində “Glendale Civic Auditorium”-da bayramqabağı sərgi-satış təşkil edəcəklər.

“Erməni al” bayramqabağı tədbirin keçirilməsində məqsəd Ermənistan iqtisadiyyatının yaxşılaşdırılmasına dəstək vermək və erməni şirkətlərinə satış coğrafiyasını genişləndirmək imkanı vermək, xüsusən də erməni şirkətlərinin ABŞ bazarına daxil olmasını təmin etməkdir.

Sərgi satışında iştirak etmək üçün yalnız 80 şirkət stend icarəyə götürmək imkanı əldə edəcək.

Platforma (https://buyarmenian.com) Los-Ancelesdə erməni məhsullarını təbliğ edir və satır. “Buy Armenian” platforması 44 günlük müharibədən sonra, Lilit və Nşan Odabaşyan eyni adlı sosial səhifə yaratdıqdan sonra fəaliyyətə başlayıb.

Tez bir zamanda minlərlə auditoriya topladı və böyük reaksiya aldı, bu da təsisçiləri erməni istehsalının müxtəlif növ məhsullarını ala biləcəyiniz “Buy Armenian” adlı vahid platforma yaratmağa ruhlandırdı. Platformanın uğuru əhəmiyyətli olub və artıq 2-ci ildir ki, belə bir tədbir təşkil olunur.

Təşkilatçıların qeyd etdiyi kimi, artıq köşklərin sifarişi prosesinə start verilibdir.

Daha çox göstər
Back to top button