ArtsaxBaşlıcaSiyasət

İspaniya Ermənistanla həmrəylik əlaməti olaraq Azərbaycanla beynəlxalq müqaviləni ləğv edir

Noyabrın 3-də keçirilən plenar iclasda İspaniya Konqresi 174 əleyhinə, 132 lehinə və 35 bitərəf olmaqla 2021-ci ilin dekabrın 14-də İspaniya və Azərbaycan arasında imzalanmış müqaviləni ratifikasiya etməyib. Bu barədə məluamtı El Confidencial yaydı.

2021-ci il dekabrın 14-də Madriddə imzalanmış diplomatik saziş məxfi məlumatların mübadiləsini və həmin məlumatların qorunmasını nəzərdə tuturdu.

Azərbaycan rejiminin təcavüzkar olduğunu və Ermənistanla münaqişədə olduğunu nəzərə alaraq deputat İon İnyarritu (EH Bildu) sazişi “cəfəngiyyat” adlandırıb.

ERC-nin deputatı Marta Rosik İspaniya hökumətini Azərbaycanın Ermənistana və Dağlıq Qarabağa qarşı həyata keçirdiyi təcavüzə səssiz qalmasını pisləyib. O bu günə kimi İspaniya tərəfindən Erməni soyqırımının tanınmaması faktını da pisləyib.

Ötən ayın əvvəlində Konqres sentyabr ayında Azərbaycanın Ermənistana qarşı təcavüzünü pisləyən institusional bəyannaməni təsdiqləyib.

Daha çox göstər
Back to top button