BaşlıcaSiyasət

30 ildən artıq davam edən Dağlıq Qarabağ münaqişəsi çox böyük insan və maddi itkilərə səbəb olub: Blinken

ABŞ dövlət katibi Entoni Blinken ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dəstəyini ifadə edib.

“Armenpress”in məlumatına görə, Entoni Blinken Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşdən əvvəl etdiyi çıxışında birbaşa dialoqun həqiqətən davamlı sülhə nail olmaq üçün ən yaxşı yol olduğunu vurğulayıb.

“ABŞ həm Ermənistanın, həm də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. 1991-ci ildə müstəqilliyin bərpası hər iki ölkənin hüquqlarının, bizim qətiyyətlə dəstəklədiyimiz hüquqların təmin edilməsində mühüm məqam oldu. Düşünürəm ki, Dağlıq Qarabağ ətrafında 30 ildən çox davam edən münaqişənin böyük insan və maddi itkilərlə – itirilmiş həyatlar, dərin izlərlə nəticələndiyini söyləmək  ədalətli olardı. Amma indi gördüyümüz hər iki ölkənin keçmişi arxada qoymaq və davamlı sülhə nail olmaqdan ötrü çalışmaq üçün atdığı real və cəsarətli addımlardır. Hər iki ölkə Cənubi Qafqazın parlaq gələcəyi və gələcək sülhü üçün çalışır”, – deyə Blinken deyib.

O əlavə edib ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın dostu kimi bu səylərdə sizə dəstək olmaq, bacardığı qədər kömək etmək üçün əlindən gələni etməyə sadiqdir: “Mən inanıram ki, bu, daha yaxşı, daha parlaq gələcək vədidir. Mən sizi və hökumətlərinizi bu məqsədə nail olmaq üçün göstərdiyiniz cəsarət və qətiyyətə görə alqışlayıram”, – deyə ABŞ dövlət katibi yekunlaşdırıb.

Daha çox göstər
Back to top button