BaşlıcaSiyasət

Mirzoyanla Bayramov Ermənistan və Azərbaycan liderlərinin Praqa və Soçi görüşlərində götürdükləri öhdəlikləri bir daha təsdiq ediblər

Noyabrın 7-də Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun görüşü olub. Görüşün baş tutduğu Blair House-da, nazirlərin ABŞ dövlət katibi Entoni Blinken ilə birgə görüşü də keçirilib.

Nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də həll edilməli olan bir sıra məsələlər olduğunu qeyd edib. Hər iki tərəf Ermənistan və Azərbaycan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də isə Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiq edib.

Onlar danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəlib.

Hər iki nazir Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə təşəkkürünü bildirib.

Daha çox göstər
Back to top button