BaşlıcaSiyasət

Politoloq:  “Müşahidə missiyası sülhün təminatı deyil”

AB-nin müşahidə missiyası yerləşdirildikdən sonra Azərbaycanın təxribatlardan çəkinəcəyi görünürdü. Amma atəşkəs rejimi pozulmaqda davam edir.

Ermənistan ictimaiyyəti AB-nin missiya rolunu həddən artıq qiymətləndirib, yoxsa Azərbaycan onu devalvasiya etməyə çalışır?

Politoloq Stepan Danielyanın fikrincə, Azərbaycan bu təxribatları ilə göstərir ki, hətta avropalı müşahidəçilərin iştirakı ilə də öz iş tərzini  davam etdirəcək.

“Bu missiyanın heç bir əhəmiyyəti yoxdur, onlar sadəcə bəzi məlumatları toplayacaqlar, məlumatları emal edəcəklər və harasa hesabat verəcəklər. Bu hesabat xüsusi bir şey deyil.

Onun müəyyən dərəcədə təbliğatedici  əhəmiyyəti var ki, bu da ER hakimiyyətinə müxtəlif platformalarda etiraz və nümayiş etdirməyə kömək edəcək ki, Azərbaycan təxribatlara gedir, lakin onun siyasi nəticələri çox zəif olacaq. Çünki vəziyyət siyasi həll yollarını tələb edəcək. AB və ya ATƏT-in öz siyasi maraqları var”.

Hərbi ekspert Karen Hovhannisyan da politoloqun fikirləri ilə razılaşır. Mülki missiyadan heç bir sülh zəmanəti gözləmək olmaz. Mülki missiya hətta maddi-texniki təchizatla təchiz olunmayıb.

“Düşünmürəm ki, bu kiçik qrup müşahidə və ya monitorinq missiyası həyata keçirə bilər. Həmçinin nəzərə alsaq ki, qrup atəşin haradan və hansı vaxtda açıldığını qeyd edəcək mühüm maddi-texniki avadanlıqla təchiz olunmayıb. Belə qruplar bütün sərhəd boyu  yerləşdirilməlidir”.

Geqarkunikdə yerləşən AB müşahidəçiləri son təxribatı qeydə alıblar, atışma Azərbaycandan olub. Geqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan bu haqda  ER parlamentində jurnalistlərə verdiyi brifinqdə deyib.

 Amma biz bu hesabatlar əsasında xeyrimizə siyasi qərarların qəbulunu gözləyə bilmərik, çünki xarici siyasət maraqlar üzərində qurulur”- deyə Stepan Danielyanqeyd edib.

Karen Hovhannisyanın fikrincə, AB missiyasının yerləşdirilməsi vəziyyətin monitorinqi və müşahidəsi deyil, siyasi vektorun dəyişdirilməsi cəhdidir. AB müşahidəçilərinin qeydləri Ermənistana heç nə verməyəcək. Faktların qeydləri də maraqlara uyğun istifadə olunacaq.

“Düşünürəm ki, Avropa Birliyi Azərbaycan üçün ağrılı məsələlərdə bundan Azərbaycana qarşı bir qamçı kimi istifadə edəcək. Məsələn, Bakı diktatorunu hər hansı faktlarla üz-üzə qoymaq üçün belə xəbərlərdən istifadə olunacaq.

Burada yenə də AB-nin maraqları naminə işləyən qrupla məşğul oluruq.”

Azərbaycan tərəfi bu təxribatlarla regionda öz üstünlüyünü və rolunu artırmağa çalışır. Ona təkcə AB-nin müşahidə missiyası deyil, həm də Rusiya sülhməramlılarının mövcudluğu təsir etmir.

Əgər müşahidə missiyası Azərbaycan üçün vacib olsaydı, o zaman təxribatlara əl atmazdı, həmsöhbətlərimin hər ikisi belə düşünür.

Daha çox göstər
Back to top button