BaşlıcaSiyasət

Qnel Sanosyan Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsini məsələlərin həlli üçün düzgün yol hesab edir

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması variantı məsələlərin həlli üçün düzgün yoldur.

“Armenpress” xəbər verir ki, bu barədə Sanosyan parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

“Lakin mütəmadi olaraq qeyd edilib ki, sülh sazişi həm də suveren ərazimizin bərpasını nəzərdə tutur”, – deyə o bildirib və əlavə edib ki, sülh sazişi Azərbaycan bölmələri Ermənistan Respublikasının suveren ərazisini tərk etdikdən sonra imzalanacaq.

Daha çox göstər
Back to top button