Ekonomikaİctimaiyyət

Diaspora ermənilərinin 74 faizi Ermənistana sərmayə qoymağa hazırdır: Nazir

Diaspora ermənilərinin 74 faizi Ermənistana sərmayə qoymağa hazırdır. Bunu “Ermənistanda alternativ investisiyalar” beynəlxalq konfransında Ermənistan Respublikasının iqtisadiyyat naziri Vahan Kerobyan bildirdi.

“Hökumətimizin məqsədi iqtisadiyyatın strukturunu dəyişdirmək və istehlaka əsaslanan modelindən investisiya əsaslı modelə keçməkdir”,- nazir qeyd etdi.

Aleksandr Şağikyan bildirib ki, Ermənistanın maliyyə bazarı bu gün təxminən 10,3 milyard ABŞ dolları kredit investisiyalarından, 3,6 milyard dollar dövlət istiqrazlarından, 1,1 milyard dollar korporativ istiqrazlardan, 670 milyon dollar buraxılmış səhmlərdən ibarətdir.

“Ermənistanda alternativ investisiyalar” beynəlxalq konfransında Ermənistan, ABŞ, Böyük Britaniya, Kurasoadan150-dən çox nümayəndə iştirak etdi.

Daha çox göstər
Back to top button