BaşlıcaSiyasət

ER Prezidenti müharibənin ətraf mühitə dağıdıcı təsirindən danışıb

Ermənistan Respublikasının Prezidenti Vahaqn Xaçaturyan noyabrın 7-dən Şarm Əl-Şeyxdə keçirilən BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə konvensiyası tərəflərinin 27-ci Konfransında çıxış edib.

Prezident aparatından verilən məlumata görə, Vahaqn Xaçaturyan qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizə qlobal gündəliyin mühüm tərkib hissəsidir və bu, hamının birgə öhdəliyini tələb edir.

“İqlim dəyişikliyi əvvəllər təxmin ediləndən daha sürətlə gedir. Bəşəriyyət bu dəyişikliyin təkcə şahidi deyil, həm də ondan birbaşa təsirlənir.

Ekosistemlər təhlükə altındadır, su ehtiyatları tükənir, daşqınlar, tufanlar, meşə yanğınları, istilik və quraqlıq tez-tez baş verir” – deyərək Prezident Xaçaturyan bildirib.

“Biz hamımız münaqişələrin ətraf mühitə, onun resurslarına və məhsuldarlığına olan dağıdıcı gücünü yaxşı bilirik.

Müharibənin ekosistemlərə təsiri münaqişənin əhatə dairəsi və müddətindən, eləcə də istifadə olunan silah növlərindən asılı olaraq dəyişir.

Təəssüf ki, bu yaxınlarda Ermənistan belə bir problemlə üzləşdi. Bu il sentyabrın 13-də Azərbaycan Ermənistanın suveren ərazisini hədəfə alaraq təcavüzə başlayıb.

 Ermənistanın Şərqi və Cənub-Şərqində əhalinin sıx məskunlaşdığı şəhərlər, o cümlədən dağ kurort və tibbi turizm məkanı kimi tanınan Cermuk şəhəri güclü şəkildə atəşə tutulub.

Adıçəkilən rayonlara qarşı hərbi əməliyyatlar geniş spektrli silahlardan, o cümlədən artilleriya və döyüş pilotsuz uçuş aparatlarından istifadə etməklə unikal ekoloji kompleksə xeyli ziyan vurub.

Keçut su anbarının atəşə tutulması çoxlu sayda insan tələfatı ilə nəticələnə və ətraf mühit üçün fəlakətli nəticələrə səbəb ola bilərdi” – deyə Prezident münaqişələrin ətraf mühitə təsirinə toxunaraq qeyd edib.

Vahaqn Xaçaturyan vurğulamışdır ki, Ermənistandakı çətinliklərə və təhlükəsizlik problemlərinə baxmayaraq, iqlim dəyişikliyi gündəliyi hökumətin gündəliyində əsas yer tutmaqda davam edir.

“Xüsusən, iqlim dəyişikliyinə davamlı və uzunmüddətli uyğunlaşma strategiyasına əsaslanan iqlimə davamlı və aşağı karbonlu inkişaf, genişmiqyaslı meşə salınması, bərpa olunan enerji və enerji səmərəliliyinə investisiyalar, innovativ və müasir iqlim texnologiyalarından istifadə, elektrik mobilliyi və nüvə energetikasının inkişafı önəmlilik kimi müəyyən edilib”- deyərək Prezident bildirib.

Daha çox göstər
Back to top button