BaşlıcaSiyasət

Ermənistan və Azərbaycan XİN başçılarının görüşü sülhə nail olmaq istəyindən xəbər verir: Dövlət Departmenti

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ABŞ-da keçirilən görüşü iki ölkənin intensiv dialoq yolu ilə sülhə nail olmaq istəyindən xəbər verir.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin məlumatında deyilir.

“Görüş Azərbaycan və Ermənistanın dialoqun intensivləşdirilməsi yolu ilə sülhə olan ciddi istəyini vurğulayır. ABŞ Cənubi Qafqazın sülhsevər regionunu dəstəkləməyə sadiq qalır”, – Dövlət Departamenti əlavə edib.

Xatırladaq ki, noyabrın 7-də Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun görüşü olub. Görüşün baş tutduğu Blair House-da, nazirlərin ABŞ dövlət katibi Entoni Blinken ilə birgə görüşü də keçirilib.

Daha çox göstər
Back to top button