Noyabrın 10-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin silahlı qüvvələrinin baş qərargah rəisləri videokonfrans vasitəsilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Allınan məlumata görə, bu barədə noyabrın 8-də KTMT-nin Birləşmiş Qərargahının mətbuat katibi Vladislav Şeqrikoviç TASS-a bildirib.
“RF SQ hərbi komitə sədri ,RF Müdafiə nazirinin birici müavini-ordu generalı Valeri Gerasimovun başçılıöıyla iclasda Ermən Respublikası , Belorusiya Respublikası, Qazaxıstan Respuublikası , Qırğızıstan Respublikası, Tacikistan Respublikasının baş qərargah rəisləri iştirak edəcəklər.KTMT Kollektiv qərargah rəisi general-polkovnik Anatoli Sidorov, eləcə də KTMT baş katibinin müavini Tahir Xayruloyev olacaqlar”- deyə Şçeqrikoviç bildirib.
KTMT Birləşmiş Qərargahının mətbuat katibi əlavə edib ki, tərəflər “KTMT-nin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidlər və onlara qarşı əks tədbirlər, KTMT-nin sülhyaratma potensialının inkişaf etdirilməsi, o cümlədən KTMT-nin sülhyaratma potensialının inkişafı məsələlərini müzakirə edəcəklər.
BMT-nin sülhməramlı fəaliyyətinə qoşulmaq, KTMT-yə üzv dövlətlərin dövlət (hərbi) aviasiyasının beynəlxalq uçuşlarının təşkili və təminatının təkmilləşdirilməsi və bir sıra digər aktual məsələlər müzakirə olacaqdır”.