BaşlıcaBeynəlxalq

Strasburq şəhər şurası Ermənistana dəstək verilməsi haqqında qərar qəbul edib

Noyabrın 7-də Strasburq şəhər şurası Ermənistana dəstək verilməsi haqqında qətnaməni yekdilliklə qəbul edib və bu qətnaməni şuranın üzvü Pyer Yakuboviç (M.Pyer Yakuboviç) təqdim edib.

ER Xarici nşlər nazirliyindən verilən məlumata görə, qətnamədə Ermənistanın öz torpağında növbəti dəfə Azərbaycan tərəfindən təcavüzə məruz qaldığı, sərhədlərinin və beynəlxalq hüququn pozulduğu vurğulanır.

Qeyd olunur ki, Avropa Şurasının üzvü olan Ermənistan dost, qardaş ölkədir, ona dəfələrlə hücumlar ona ekzistensial təhlükə yaradır ki, bu da qəbuledilməzdir.

Strasburq Şəhər Şurası və onun bütün üzvləri erməni xalqını dəstəklədiklərini bir daha təsdiqləyir və ədalətli və davamlı sülhə qayıtmağa çağıraraq Ermənistana qarşı hərbi hücumu qətiyyətlə pisləyirlər.

Ermənistan və erməni xalqı ilə həmrəylik əlaməti olaraq maliyyə dəstəyindən başqa Strasburq meriyası və inzibati mərkəzin binalarında Ermənistan bayrağı qaldırılacaq.

Daha çox göstər
Back to top button