BaşlıcaSiyasət

Zaxarova Azərbaycanın Rusiya sülhməramlıların  ünvanına tənqid etməsinə toxunub

Rusiya istər media sahəsində, istərsə də siyasətdə istənilən təbliğat kampaniyasına pis münasibət bəsləyir. Bu haqda RF XİN rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Azərbaycanın teleqram kanallarında mütəmadi olaraq yer alan Rusiya sülhməramlılarının ünvanına olan  tənqidləri ilə bağlı sualı cavablandırarkənqeyd edib.

“Rusiya sülhməramlılarının rolu və onların fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Soçidə keçirilən sammitdə üç ölkənin (Ermənistan, Azərbaycan, Rusiya nəzərdə tutulur) liderləri təhlükəsizliyin təmin olunmasına Rusiya hərbi kontingentinin mühüm töhfəsini  və regionda vəziyyəti sabitləşdirmək üçün səylərə ehtiyac olduğunu  qeyd ediblər.

İstənilən müsbət, konstruktiv və yaradıcı təşəbbüs daima mənfi dalğa yaradır.Təəssüflər olsun  ki, bu, dünya  hökmranlığıdır” – deyə Zaxarova yekunlaşdırıb.

Daha çox göstər
Back to top button