Arzu Əliyevanın filminin Moskvada nümayişi açıq təxribat idi: Səfirlik
Ermənistan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi Arzu Əliyevanın çəkdiyi Dağlıq Qarabağın (Artsax) mülki əhalisinə qarşı təcavüzdən bəhs edən filmin nümayişi ilə əlaqədar dərin məyusluğunu bildirir.
Biz bu hərəkəti etnik fərqləri qızışdırmağa və son illərdə görülən bir çox səyləri pozmağa yönəlmiş açıq təxribat kimi qiymətləndiririk. Nümayiş olunan film film Azərbaycan təbliğatının ermənilərə qarşı növbəti məhsuludur. Bu, nəinki Rusiya Federasiyası ərazisində yaşayan böyük erməni icmasının, onların ER və Dağlıq Qarabağdakı soydaşlarının hisslərini incidir, həm də nifrət və ksenofobiya ilə yetişdirilən Azərbaycan gəncləri üçün bariz nümunədir.
Aydındır ki, Azərbaycan tərəfi bu cür hərəkətləri ilə 2020-ci ildə başlattığı müharibəni, eləcə də 2021-2022-ci illərdə baş verən hadisələr zamanı Dağlıq Qarabağın mülki əhalisinə və onların müdafiəçilərinə qarşı törədilmiş ən ağır hərbi cinayətlər, təcavüz zamanı işğal olunmuş Dağlıq Qarabağ ərazisinin bir hissəsində davam edən vandalizm aktları beynəlxalq ictimaiyyətin gözündə özünü doğrultmağa çalışır”,- Bəyanatda qeyd olunub.