Başlıcaİctimaiyyət

Rusların axını Gürcüstan və Ermənistanın ÜDM-ni artırdı

S&P Global Ratings-in məlumatlarına görə, bu il rusiyalıların kütləvi axını və pul köçürmələrinin kəskin artması Gürcüstan və Ermənistanın ümumi daxili məhsulunun (ÜDM) əhəmiyyətli dərəcədə artmasına və bu ölkələrin valyutalarının möhkəmlənməsinə səbəb olub.

Bu məlumatlara əsasən, ilin birinci yarısında Gürcüstanda ümumi daxili məhsulun artımı 10,3 faiz, Ermənistanda isə 13,1 faiz təşkil edib ki, bu da 2022-ci ilin əvvəli üçün proqnozu xeyli üstələyir.

S&P Global Ratings analitikləri buna səbəb kimi Rusiyadan pul köçürmələrinin kəskin artımını göstəriblər.

S&P Global Ratings analitiklərinin hesablamalarına görə, fevraldan aprelin ortalarına qədər 150-300 min insan Rusiyanı tərk edib.

Daha çox göstər
Back to top button