BaşlıcaSiyasət

Ermənistan Azərbaycana hansı yeni təkliflə çıxış edəcək?: Paşinyan ətraflı məlumat verib

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycana nəqliyyat kommunikasiyalarının təşkili ilə bağlı yeni təklif təqdim etməyə hazır olması barədə danışarkən nəyi nəzərdə tutduğuna aydınlıq gətirib.

Ermənistanın İctimai Televiziyasına müsahibəsində Paşinyan qeyd edib ki, əgər biz regionda sülhün bərqərar olması gündəmi ilə gediriksə, o zaman azərbaycanlıların ermənilərlə əlaqə saxlamamalı və əksinə fikirləşmək o qədər də düzgün deyil.

Ermənilərlə azərbaycanlılar arasında gec-tez birbaşa təmaslar zərurətə çevriləcək.

Paşinyanın sözlərinə görə, məsələ ilə bağlı fikir ayrılıqları ona görə başlayıb ki, Azərbaycan yolların bağlanması mövzusunu müzakirə edərkən bildirib ki, onun vətəndaşları Ermənistanın yollarından keçərkən sərhəd və gömrüklə şəxsi təmasda olduqları halda qorxularının ola biləcəyinə inanır.

Daha sonra, hələ 2021-ci ilin dekabrında erməni tərəfi gömrük prosedurlarının təşkilinə operator qismində üçüncü ölkənin nümayəndələrini cəlb etməyi təklif edib.

Tezliklə bu təkliflər paketinin yenilənmiş və bir qədər sadələşdirilmiş variantı Azərbaycana təqdim olunacaq.

“Hesab edirəm ki, sonda biz ən sadə varianta qayıtmalıyıq: Azərbaycan sərhədinə azərbaycanlı zabitlər, Ermənistan sərhədinə isə ermənilər nəzarət edir” – deyərək o, qeyd edib.

Daha çox göstər
Back to top button