BaşlıcaSiyasət

Paşinyan: “ER ilin sonuna kimi Azərbaycanla sülh sazişinin imzalanması üçün hər şeyi edəcək”

Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün hər şeyi edəcək. Bu haqda  Baş nazir Nikol Paşinyan İctimai TV-yə müsahibəsində qeyd edib.

“Buna görə də bizim  sərlövhə  söhbətlərindən əsas mövzu söhbətə keçidimiz olduqca vacibdir. Sülh müqaviləsi üçün bir neçə variant var, məsələn, münasibətlərin ümumi çərçivəsini əks etdirən məsələlər,yəni  bütün mümkün olanları əhatə etməyən çərçivə sazişinin imzalanması” – deyərək Paşinyan bildirib.

O, vurğulayıb ki, heç olmasa delimitasiya prosesi sülh müqaviləsi qüvvəyə minənədək başa çatdırılmalıdır.

Paşinyanın sözlərinə görə, bu, zərurətdir, çünki bir tərəfdən ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıdığımız elan edilir, digər tərəfdən Azərbaycan Ermənistandan əraziləri işğal etmədiyini və onların sərhədlərinin olduğu yerdə olduğunu bəyan edir.

“Mümkündür ki, biz sülh sazişi imzalayacağıq və Azərbaycan Ermənistana qarşı ərazi ambisiyalarını nümayiş etdirməkdə davam edəcək. Ona görə də deyirik ki, sərhədlərin dəqiqləşdirilməsi olmalıdır”.

Paşinyan əlavə edib ki, Ermənistan sülh müqaviləsinin mətni ilə bağlı təkliflərini təqdim edib və ümid edirlər ki, Azərbaycan buna konstruktiv baxıb cavab verəcəkdir.

Daha çox göstər
Back to top button