Başlıcaİctimaiyyət

Arsen Zaxaryanın “Çelsi”yə keçidi ilə bağlı danışıqlar davam edir

Erməni əsilli rusiyalı futbolçu Arsen Zaxaryanın “Çelsi”yə keçidi ilə bağlı danışıqlar davam edir.

“Hazırda bu barədə düşünmürəm. Bu haqda klubda soruşa bilərsiniz. Danışıqlar davam edir, amma daha çox şey deyə bilmərəm”,- deyə Championat.com futbolistin sözlərinə istinadən yazdı.

Bu ilin sentyabrında məlumat yayılıb ki, erməni kökənli rusiyalı futbolçu Arsen Zaxaryanın London “Çelsi”sinə keçməyəcək. Zaxaryanın İngiltərə klubuna keçidi Rusiya Federasiyasına qarşı sanksiyalara görə baş tutmayıb.

Arsen Zaxaryanın Moskva “Dinamo” klubu ilə hazırkı müqaviləsi 2024-cü ilə kimi nəzərdə tutulub.

Daha çox göstər
Back to top button