Makron Frankofoniya sammiti çərçivəsində Nikol Paşinyanla görüşəcək
Fransa Prezidenti Emmanuel Makron noyabrın 19-da Cerbayda keçiriləcək 18-ci Frankofoniya Sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcəyini açıqlayıb.
Yelisey sarayının məlumatına görə, bu haqda Makron Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı zamanıqeyd edib.
Telefon danışığı zamanı Makron və Əliyev Ermənistan, Azərbaycan, Fransa liderləri və Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Praqada keçirilən dördtərəfli sammit zamanı əldə olunan razılaşmaları da müzakirə ediblər.
Emmanuel Makron AB-nin Ermənistandakı müşahidə missiyasının sabitləşdirici rolunu yüksək qiymətləndirib, onun yerləşdirilməsi ilə bağlı qərar Praqa sammiti nəticəsində qəbul edilib.
Makron Fransanın Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə və regionda sülhün bərqərar olmasına imkan verəcək siyasi həllə nail olmağa hazır olduğunu bir daha təsdiqləyibdir.