Başlıcaİctimaiyyət

Martunidə dünyanın 8 milyardıncı uşağı dünyaya gəldi

UNICEF-in təsdiq etdiyi və dərc etdiyi məlumatlara görə, dünyanın 8 milyardıncı sakini Geğarkunik bölgəsinin Martuni şəhərindəki doğum evində doğulub. 

Bu barədə Geğarkunik icra hakimiyyətinin başçısı Karen Sargsyan öz Facebook səhifəsində yazıb.

Qeyd edək ki, BMT-nin hesablamalarına görə, 2022-ci il noyabrın 15-də dünya əhalisi 8 milyard həddini keçəcək. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu simvolik 8 milyardıncı uşağın doğulmasını təbrik etmək üçün Geğarkunik bölgəsinə, Martuni doğum evinə baş çəkəcək.

Daha çox göstər
Back to top button