BaşlıcaSiyasət

Nikol Paşinyan və İqor Xovayev Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi və DQ problemi ilə bağlı məsələləri müzakirə ediblər

Baş nazir Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri, RF Xarici işlər nazirinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstək verən xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

ER hökumətindən verilən məlumata görə, Nikol Paşinyan qeyd edib ki, artıq açıq şəkildə bəyan etdiyi kimi, Ermənistan bu ilin avqustunda Rusiyanın təqdim etdiyi təklifləri dəstəkləyir və bu təkliflər Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması üzrə gələcək danışıqlar üçün əsas ola bilər.

Həmsöhbətlər Ermənistan, Rusiya və Azərbaycan liderlərinin oktyabrın 31-də Soçidə keçirilmiş üçtərəfli görüşünün yekunlarını, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini və Dağlıq Qarabağ problemi ilə bağlı məsələləri müzakirə ediblər.

Daha çox göstər
Back to top button