BaşlıcaSiyasət

Paşinyan və Blinken Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanma prosesini müzakirə etdilər

Noyabrın 15-də Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

Tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, xüsusilə noyabrın 7-də Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.

Dövlət katibi Blinken ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərində, eləcə də Dağlıq Qarabağ probleminin həllində dəstəyini davam etdirməyə hazır olduğunu bildirib.

Baş nazir Paşinyan ABŞ-ın səylərini və dövlət katibi Blinkenin şəxsi iştirakını yüksək qiymətləndirib.

Həmsöhbətlər regionda təhlükəsizlik və sabitliyin səviyyəsinin artırılmasına, o cümlədən humanitar məsələlərin həllinə yönəlmiş addımlar ətrafında müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Daha çox göstər
Back to top button