BaşlıcaSiyasət

ER Xİ  naziri Azərbaycanın təcavüzünün nəticələrini AB səfirlərinə təqdim edib

Noyabrın 15-də ER Xarici işlər naziri Ararat Mirzoyan AB və AB-nə üzv ölkələrin Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndələrinin nümayəndə heyətini qəbul edib.

Ararat Mirzoyan Ermənistan hökumətinin müxtəlif sahələrdə həyata keçirdiyi islahatlar, demokratiyanın inkişafı, insan hüquqlarının müdafiəsi, qanunun aliliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımları təqdim edib.

Ermənistan-AB ikitərəfli gündəliyi və ER-AB hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin icra prosesi ilə bağlı məsələlər müzakirə edilib.

AB ilə ortaq dəyərlərə əsaslanan yüksək səviyyəli siyasi dialoqun olduğunu qeyd edən Ararat Mirzoyan AB ilə çoxsahəli əməkdaşlığın davamlı və aktiv addımlarla, o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində inkişaf etdirildiyini vurğulayıb.

Tərəflər AB-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyəti və əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

Nazir Mirzoyan Azərbaycanın 13-14 sentyabr təcavüzünün nəticələrini həmsöhbətlərə təqdim edib.

 Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Ermənistan tərəfinin mövqeyinə toxunub.

Ermənistan Respublikasının Xarici işlər naziri vurğulayıb ki, regionda sabitlik və sülhün bərqərar olmasına Azərbaycanın ekstremist yanaşmaları mane olmaqda davam edir.

Görüş zamanı həmçinin sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi proseslərinin inkişafı, regional iqtisadi əlaqələr və nəqliyyat infrastrukturlarının blokdan çıxarılması məsələsi müzakirə edilib.

Daha çox göstər
Back to top button