BaşlıcaSiyasət

Əliyev Aİ-nin Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndəsinə Moskvadan şikayət edib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya və Qərblə ikili oyun oynayır. “İnfoteka24” yazır ki, əgər ötən ay Əliyev Rusiyanın vasitəçiliyi ilə Ermənistanla sülh danışıqlarına hazır idisə və Qərbi qərəzli olmaqda ittiham edirdisə, bu gündə isə Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebel ilə görüşündə Moskvadan şikayə edir.

Əliyev qeyd etdi ki, “Biz Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb.  Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni, kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi”.

O həmçini qeyd etdi ki, Azərbaycan, Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya arasında konsensus olmalıdır.

Diqqətəlayiq faktdır ki, Azərbaycan prezidenti Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini beynəlxalq formatda müzakirə etməkdən imtina edir və bunu açıq şəkildə ifadə edir. Və bu kimi mövzuları yalnız müzakirə etməyi xoşladığı şəxslərlə danışmaq istəyir. Və təkcə biz deyil, bütün dünya çox yaxşı bilir ki, Əliyevin hakimiyyəti altında qalan insanların hüquq və təhlükəsizliyi ilə bağlı nə baş verir.

Daha çox göstər
Back to top button