BaşlıcaSiyasət

Azərbaycanda Ermənifobiya uşaqlar arasında “vətənpərvərlik tərbiyəsinin” tərkib hissəsidir – VİDEO

Azərbaycanda uşaqlar tez-tez müxtəlif yollarla siyasi proseslərə cəlb olunur və təkcə son aylarda sosial şəbəkələrdə uşaqların iştirakı ilə bir neçə video yayımlandı. “Vətənə xidmət, düşmənə nifrət, nifrət, nifrət!” – Məhz bu şüarı azərbaycanlı uşaqlar bağçalarda və məktəblərdə hər gün səsləndirməlidir.

Videolardan birində 4-5 yaşlı uşaqlar müharibədə yaralanmış əsgərlərlə bağlı səhnəcik canlandırır, hərbi forma geyinib, baş-gözlərində sarğı sinif otağına daxil olurlar. Digər bir videoda isə, azyaşlılar düşmənin başını əzməktən danışırlar. Məktəb və bağçalarda çəkilmiş, nifrəti, qisası, ölümü təbliğ edən belə videolar sosial mediada bir xeylidir.

Diqqətəlayiqdir ki, vətənpərvərliyin təbliği adı altında yayılan ksenofobiya tədris proqramındadır və məcburidir. 44 günlük Artsax müharibəsindən sonra məktəblərin tədris planı yenilənib. Bu materialların “erməni xalqı ilə əlaqəli” olmadığına dair açıqlamalara baxmayaraq, bir çox misallar bunun əksini sübut edir.

Məktəblərdə tədris olunan bəzi dərsliklərdə ermənilərə qarşı nifrət aşılayan və ksenofobiya ehtiva edən mətnlər yer alır. Azərbaycan dili, tarixi və ədəbiyyatı dərsliklərində olan bir sıra hekayələrdə açıq şəkildə “ermənilərin pis murdar xasiyyətlndən”, “oğru və qəddar xalq” olduğundan söz açılır.

Psixoloqların fikirincə, nifrət hissinin tərbiyəsi ilə böyüyüən şəxslər başqalarına zərər vermək istəyər və hətta insan öldürə bilərlər, bu isə gələcək cəmiyyətdə “sağlam mühit” vəd etmir.

Qeyd olunan hallar Azərbaycanda dövlət səviyyəsində uşaqlar arasında ermənlərə qarşı nifrət təbliğatının minlərlə nümunəsindən sadəcə bir neçəsidir. Bu məqsədyönlü təbliğat uşaq bağçalarından başlayaraq aparılır və Azərbaycanın ali rəhbərliyi tərəfindən açıq şəkildə təşviq edilir.

“Düşmənə nifrət” tezisini Azərbaycan prezidenti İlham Əliyevin çıxışlarında da müşahidə etmək mümkündür. Əliyev özü də ətiraf edir ki, “son illərdə gənc nəsil düşmənə nifrət hissi ilə yetişdi”. Bundan başqa, Əliyev erməni xalqı barədə danışırkən dəfələrlə “vəhşi qəbilə” və “mənfur düşmən” kimi ifadələrdən istifadə edir.

Lakin düşmən obrazı axtaran bir nəsil üçün bu gün düşmən ermənidirsə, sabah gürcü, rus, fars və ya fransız olacaq və bunun bariz nümunəsini bu yaxınlarda Azərbaycanın İctimai TV-inin hazırlandığı buraxılışda görmək olar.

Daha çox göstər
Back to top button