BaşlıcaSiyasət

KİV: “Əliyev və Erdoğanın Qarabağdakı biznesi”

Belə bir fikir var ki, İlham Əliyev və Rəcəb Tayyib Erdoğan Azərbaycan-Türkiyə münasibətlərini ən yüksək səviyyəyə çatdırıblar.

Amma bu əlaqələr Türkiyəni ucuz enerji ilə təmin etmək, Azərbaycanın və ya Qarabağın təhlükəsizliyini təmin etmək kimi strateji sahələrlə məhdudlaşmır. Son araşdırma bu siyahıya iki prezidentin ortaq biznes maraqlarını da əlavə edib.

Əliyev və Erdoğanın ailə üzvləri tərəfindən həyata keçirilən 100 milyon dollarlıq yeni layihə Türkiyə ilə Azərbaycan arasında nə qədər sıx əlaqələrin olduğunu bir daha göstərir.

Türkiyə 2020-ci ildə Azərbaycanın Ermənistan üzərində müharibədə qələbəsindən ən çox faydalanan ölkələrdən biri oldu.

Müharibə zamanı Türkiyə Azərbaycana kömək etdi, indi bu yardım artıq ödənilir. Erdoğana yaxın şirkətlər Azərbaycanın qaytarılan ərazilərində və xüsusən də Qarabağda bərpa işləri üçün inanılmaz dərəcədə bahalı müqavilələr imzalayıblar.

 Amma iki prezidentin münasibətləri siyasətdən, hətta biznesdən də kənara çıxır. Əliyev və Erdoğanın ailələri Zəngilan rayonunun yeni kənd təsərrüfatı kompleksində şərikdir.

2021 oktyabrın əvvəlində Əliyev və Erdoğan DOST kənd təsərrüfatı parkının təməlini qoydular. Oktyabrın 20-də isə Ermənistan və İranla sərhəddən bir qədər də uzaqda tikilmiş yeni hava limanının açılışı üçün Zəngilana gələndə yenidən orda oldular.

Dost kənd təsərrüfatı parkının yaradılmasının 100 milyon dollara başa gələcəyini deyirlər. Burada 10 min baş mal-qara yetişdiriləcək, 500 nəfər işləyəcək.

 Erdoğanın Qarabağa səfəri zamanı onu müşayiət edənlər arasında Dost Aqroparkın investoru, Dost Ziraat şirkətinin sahibi Abdulkadir Qaragyöz də olub.

O, Erdoğanla təkcə işgüzar deyil, həm də dostluq əlaqələri ilə bağlıdır: Qaragöz Erdoğanın qardaşı qızı ilə evlidir. 2016-cı ildə evləndikdən sonra Qaragiöz rəhbərlik etdiyi başqa bir şirkət vasitəsilə dövlət tenderlərini qazanmağa başlayıb.

Üstəlik, onun şirkəti həmin tenderlərin əksəriyyətində yeganə iştirakçı olub.

Bundan əlavə, toydan sonra o, 2010-cu ildə ortaq sahiblərindən biri olduğu Dost şirkətində nəzarəti gücləndirib. 2017-ci ildə digər səhmdarlar şirkəti tərk edib və onların yerini Erdoğanın digər iki əmisi oğlu Usamə Erdoğan və Ahmet Enes İlgen  tutub.  

Təbii ki, Türkiyənin ticarət reyestrinə görə, 2020-ci ildə onlar da səhnəni tərk ediblər və hazırda Qaragiöz “Dost Ziraat”ın yeganə sahibidir.

Yeni aqroparkın Azərbaycan tərəfdən investoru ölkənin birinci vitse-prezidenti, İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanın ailəsinə məxsus “Paşa Holdinq”in tərkibinə daxil olan “Pasha Investments” şirkətidir.

Aqroparkın idarəçiliyi də Erdoğanın müttəfiqlərindən birinin əlindədir. Bu, “Dost Ziraat” idarə heyətinin sədr müavini və Erdoğanın partiyasının gənclər qanadının üzvü olan Mehmet Zeki Tuğruldur.

Oktyabrın 20-də səfər zamanı iki prezident jurnalistlərin suallarını qısaca cavablandırıblar. Amma Qaragöz Erdoğanın çevrəsindəki yeganə iş adamı deyil.

 Məsələn, Kalyon Holdinqin idarə heyətinin sədri Cemal Kalyoncu, Cengiz Holdinqin idarə heyətinin sədri Mehmet Cengiz, Demirören Holdinqin idarə heyətinin sədri Yıldırım Dəmirörən də var.

Hər üç şəxs Erdoğanı Qarabağda müşayiət edib. Erdoğan Cəbrayıldakı çıxışında oradakı yolun pis vəziyyətindən söz açıb.

“Düşünürəm ki, bir ildən sonra biz Cəbrayıl yolunu tamam başqa vəziyyətdə görəcəyik, çünki burada infrastruktur məsələləri ilə bağlı ciddi addımlar atılır” – deyən o, bu addımların “Cengiz” və “Kalyon” şirkətləri tərəfindən atıldığını bildirib.

Və onların Erdoğanla heç bir qohumluq əlaqələri olmasa da, onun mühüm siyasi müttəfiqləridir. Cengiz və Kalyon Erdoğan və hakim partiya ilə yaxından əlaqəsi olan beş türk şirkətindən ibarət “Beşlik bandası” adlanan qrupun bir hissəsidir.

Erdoğanın hakimiyyəti dövründə dövlət müqavilələrinin çoxunu onlar alırdı. İndi Kalyon və Cengiz Qarabağda yol tikintisi, qızıl və mis mədənlərinin istismarı da daxil olmaqla müqavilələr alıblar.

Kalyon Horadiz-Ağbənd dəmir yolunu tikir. O, Azərbaycanın Naxicevan anklavını Ermənistan vasitəsilə Azərbaycanla birləşdirəcək nəqliyyat marşrutunun bir hissəsi olmalıdır.

Layihənin dəyəri 180 milyon dollardan çox qiymətləndirilir və onun başa çatdırılması 2023-cü ilə planlaşdırılır.

“Beşlərbandasının ” digər şirkəti “Kolin İnşaat” da Qarabağda yol tikintisi üçün sərfəli müqavilə alıb. Şuşaya aparacaq “Qələbə yolu”nu çəkəcək.

O yolu Azvirt şirkəti ilə birlikdə çəkəcək. Kolin azərbaycanlıların bu yaxınlarda ilk “dövlətinin” köçürüldüyü Zəngilaninin Ağalı kəndinin Türkiyə-Azərbaycan dostluğu küçəsində yerləşən bazarın tikintisində də iştirak edib.

Ümumiyyətlə, Azərbaycan hökuməti Qarabağın bərpası və yenidən qurulması üçün 3 milyard dollara yaxın vəsait ayırıb.

Azərbaycanın dost hesab etdiyi digər ölkələrin şirkətləri də müqavilələr alıb. Məsələn: İtaliya, İsrail və Böyük Britaniya.

Amma ən çox, bəlkə də, Türkiyənin payı oldu. Türkiyənin Bakıdakı baş ticarət müşaviri Yakup Seferin sözlərinə görə, Qarabağda 30-a yaxın türk şirkəti çalışır.

“Bu şirkətlər artıq 1 milyard dollar sərmayə qoyub və bu məbləğ artmaqda davam edəcək” –  deyə Sefer bildirib.

Türkiyənin digər böyük şirkəti “Dəmirören Holdinq” rəsmi olaraq Qarabağla bağlı heç bir layihə almayıb, əvəzində Azərbaycanda başqa iri müqavilələr qazanıb.

Məsələn, dövlət lotereyasının idarə edilməsi üçün on illik müqavilə. O, həmçinin İqtisadiyyat nazirliyi ilə 40 milyon dollar dəyərində əczaçılıq zavodunun tikintisi ilə bağlı anlaşma memorandumu imzalayıb.

İlham Əliyev sentyabrda verdiyi müsahibəsində Qarabağda tikinti müqavilələri alan italyan şirkətlərinin perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib ki, İtaliya Türkiyədən sonra ikinci yerdə olacaq.

O, bizim qonşumuzdur və bir çox məşhur tikinti şirkətləri var”- deyə Əliyev Türkiyəni nəzərdə tutaraq dbildirib. Çünki Türkiyə həm müttəfiqimiz, həm də yaxın dostumuzdur” – deyərək o, əlavə edib.

Qeyd edək ki, mətn Meydan.tv-ə məxsusdur

Daha çox göstər
Back to top button