BaşlıcaSiyasət

Parlament sədri: “Sülh müqaviləsinin ciddi beynəlxalq təminatları olmalıdır”

Ermənistan hakimiyyəti sülh müqaviləsi danışıqlarına ciddi yanaşır və bununla bağlı bütün tərəflərə öz münasibətini bildirir.  Alınan məlumata görə, bu haqda palamentin sədri Alen Simonyan parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh müqaviləsindən 12 saat sonra müharibə başlaya biləcəyi ilə bağlı bəyanatını şərh edərkən deyib..

“Hökumət buna ciddi yanaşır və sülh sazişi ilə bağlı fikirlərini, həmçinin həmin sülh sazişinin bağlanmasında vasitəçi olan bütün tərəflərə bildirir.

Məhz buna görə də Baş nazir Nikol Paşinyan deyib ki, konkret təminatlar olmalıdır, çünki bu, sadəcə kağız imzalamaqla kifayət deyil.

Ümid edək ki, bu müqavilənin ciddi təminatları olacaq, çünki sadəcə müqavilənin imzalanması kifayət qədər şərt deyil” – deyərək Simonyan bildirib.

Parlament sədrinin fikrincə, biz bu məntiqlə irəliləyib regionda sabit sülh bərqərar etməliyik.

“Gördüyünüz kimi, müxalifətin bəyanatlarına baxmayaraq, iki il sonra Ermənistan kifayət qədər yaxşı danışıqlar aparır və biz diplomatiyamızın beynəlxalq aləmdə qazandığı qələbələri uzun müddət qeyd edə bilərik.

ABŞ, Fransa və ABŞ-ın bu cür iştirakı Rusiya ATƏT-in Minsk Qrupunun formatı zamanı belə baş verməyib.

Məgər bu qələbə deyilmi? Məncə, bu, diplomatik nöqteyi-nəzərdən çox böyük qələbədir” – deyə Simonyan bildirib.

Daha çox göstər
Back to top button