BaşlıcaSiyasət

Sergey Lavrov Yerevana səfər edəcək

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov KTMT Təhlükəsizlik Şurasının Yerevanda keçiriləcək birgə iclasında iştirak edəcək.

Alınan məlumata əsasən, bu barədə Rusiya Xarici işlər nazirliyinin İnformasiya və Mətbuat departamentinin rəis müavini İvan Neçayev məlumatladırıb.

“Noyabrın 22-23-də Sergey Lavrov Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının, KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında iştirak edəcək.

Tədbir Yerevanda, KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası  ərəfəsində baş tutacaq keçiriləcək” – deyə o bildirib.

KTMT-nin kollektiv təhlükəsizlik regionunda hərbi-siyasi vəziyyət və təşkilatın fəaliyyəti ilə bağlı fikir mübadiləsi nəzərdə tutulub.

Həmçinin, bir sıra sənədlərin, o cümlədən KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının təsdiqinə təqdim edilmiş icmal bəyannamənin təsdiqi nəzərdə tutulur.

Daha çox göstər
Back to top button