BaşlıcaSiyasət

ER Baş naziri və Fransa Prezidenti Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi istiqamətində addımların atıldığını vurğulayıblar

Baş nazir Nikol Paşinyan Tunisin Cerba şəhərində keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 18-ci sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

Həmsöhbətlər Ermənistanın Beynəlxalq Frankofoniya Təşkilatına sədrlik etməsini yüksək qiymətləndirib və Tunisdə keçirilən sammit çərçivəsində aparılan müzakirələrə toxunublar.

Təşkilatın önəmlikləri və gələcək planları ilə bağlı suallar müzakirə olunub.

Bu il Nikol Paşinyan və Emmanuel Makron Oktyabrda Praqada Ermənistan, Fransa, Azərbaycan liderlərinin və Avropa Birliyi Şurasının rəhbərinin dördtərəfli görüşünün yekunlarına dair fikir mübadiləsi aparıblar.

Eləcə də Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində addımların atılması vurğulanıb.

Baş nazir Paşinyan Azərbaycanın təcavüzünün nəticələrinin aradan qaldırılmasının, Azərbaycan birləşmələrinin Ermənistanın suveren ərazisindən dərhal çıxarılmasının vacibliyini vurğulayıb.

Ermənistan və Fransa liderləri Ermənistan-Fransa ikitərəfli əməkdaşlığının gələcək inkişafı ilə bağlı məsələləri də müzakirə ediblər.

Daha çox göstər
Back to top button