ArtsaxBaşlıcaSiyasət

Azərbaycan bir neçə istiqamətdə atəşkəs rejimini pozub: Arstaxın Müdafiə Ordusu

Noyabrın 21-də Azərbaycan silahlı qüvvələrinin bölmələri cəbhənin bir neçə istiqamətdə atəşkəs rejimini pozaraq Artsax Respublikasının Müdafiə Ordusunun mövqelərini, o cümlədən Maçkalaşen kəndinin yaxınlığında təsərrüfatı işlərini görən traktoru atıcı silahlardan atəşə tutub. Artsax Respublikasının Müdafiə Ordusu bildirdi ki, erməni tərəfində itki yoxdur.

Atəşkəs rejiminin pozulması halları barədə Rusiya sülhməramlı qoşunlarının komandanlığına məlumat verilib.

Eyni zamanda Azərbaycan Müdafiə Nazirliyi növbəti dəfə dezinformasiya yayıb guya ki, Müdafiə Ordusunun bölmələri noyabrın 21-də Artsax Respublikasının Martuni rayonunun işğal olunmuş ərazilərində yerləşdirilmiş azərbaycan mövqelərini atəşə tutub.

Daha çox göstər
Back to top button