BaşlıcaSiyasət

ER parlaentinin  nümayəndə heyətinin üzvləri NATO Parlament Assambleyasının payız sessiyasında iştirak edirlər

Noyabrın 18-21-də Madriddə NATO Parlament Assambleyasının payız sessiyası davam edir.

Parlament Assambleyasının 68-ci illik sessiyasında ER parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Koçaryanın rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir.

Andranik Koçaryan və nümayəndə heyətinin üzvü, deputat Vahaqn Aleksanyan İqtisadiyyat və təhlükəsizlik məsələləri, siyasi, elm və texnologiya, demokratiya və təhlükəsizlik, həmçinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komitələrin iclaslarında iştirak edirlər.

Adıçəkilən komissiyaların bu dəfəki iclaslarında “Hayastan” blokunun deputatı Anna Qriqoryan da iştirak edir.

NATO-nun PA iclaslarında Ermənistan Respublikasının Şimali Atlantika Müqaviləsi Təşkilatı yanında missiyasının rəhbəri Arman İsraelyan və Ermənistan Respublikasının Şimali Atlantika Müqaviləsi Təşkilatı yanında missiya rəhbərinin müavini Artur Hakopyan da iştirak edirlər.

Daha çox göstər
Back to top button