Tezliklə İran, Azərbaycan, Ermənistan və Rusiya arasında elektrik enerjisi mübadiləsi aparılacaq.
İRNA xəbər agentliyinin məlumatına görə, bazar günü İranın energetika naziri Əli Əkbər Mehrabyan 22-ci Beynəlxalq Elektrik Sənayesi sərgisinin açılış mərasimində deyib:
İran və Rusiyanın elektrik şəbəkələrinin sinxronlaşdırılması həyata keçirilib və elektrik enerjisi sənayesi üçün texniki tədbirlər həyata keçirilib. Yaxın vaxtlarda İran, Ermənistan, Azərbaycan və Rusiya arasında elektrik şəbəkələrinin ümumi sinxronizasiyası həyata keçiriləcək”.
Mehrabyan qeyd edib ki, qonşu ölkələrlə mübadilə məsələsi İranın elektrik sənayesinin əsas layihələrindən biridir. İranın ehtiyacı olanda müxtəlif ölkələrdən, o cümlədən Ermənistan Respublikasından, Azərbaycandan, Türkmənistandan elektrik enerjisi idxal edir, artıqlığı olanda isə həmin enerjiyə ehtiyacı olan ölkələrə ixrac edir”.
Noyabrın 20-23-də Tehranda İranın elektrik sənayesinin 22-ci beynəlxalq sərgisi keçiriləcək.