BaşlıcaSiyasət

Peskov:  “Putinin Yerevanda Paşinyanla görüşü olacaq”

Rusiya Prezidenti Vladimir Putin KTMT-nin Yerevan sammiti çərçivəsində noyabrın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşməyi planlaşdırır.

“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatlandırıb.

KTMT sammiti çərçivəsində Putinlə Paşinyan arasında görüşün planlaşdırılıb-qapanmaması ilə bağlı sualı cavablandıran Peskov jurnalistlərə “Bəli, əlbəttə ki, planlaşdırılır” deyib.

Peskovun izah etdiyi kimi, görüş noyabrın 23-nə nəzərdə tutulub.

Daha çox göstər
Back to top button