Xaricdə yaşayan daha bir bloger azərbaycanlılar tərəfindən döyüldüyünü deyir
Xaricdə yaşayan azərbaycanlı bloger Orxan Ağayevin Berlində yaşadığı mənzilin qarşısında hücuma məruz qaldığı bildirilir. Ona 2 nəfər azərbaycanlının hücum edərək, xəsarət yetirdiyi deyilir.
O, “Meydan TV”yə bildirib ki, hadisəni onun həyat yoldaşı lentə alıb.
Almaniyada yaşayan jurnalist Əfqan Muxtarlı isə bildirir ki, Orxan Ağayevə hücum edənlər 3 nəfər olub. Onlardan ikisi ona xəsarət yetirib, biri isə kənardan müşahidə edib.
Orxan Ağayevin vəziyyətinə gəlincə, hazırda xəstəxanadadır. Aldığı xəsarətlərlə bağlı həkim rəyi alır.
Daha öncə azərbaycanlı bloger Məhəmməd Mİrzəliyə də Fransada hücum olmuşdu. Daha sonra Fransa polisi saxladığı iki nəfəri Məhəmməd Mirzəliyə sui-qəsdə şübhəli bilmişdi.
Saxlanılanlardan biri azərbaycanlı, digərinin isə türk əsilli moldovalı olduğu açıqlanmışdı.
Ondan əvvəl isə Almaniyada yaşayan siyasi mühacir, “Azad söz” kanalının qurucusu Tural Sadıqlı açıqlama yayaraq həyatının təhlükədə olduğunu bildirmişdi.
Ölümlə hədələndiyini bildirən Tural Sadıqlı əlavə etmişdi ki, bu, birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə edilib: