BaşlıcaSiyasət

Ermənistan və Azərbaycan İranın qonşularıdır və Tehran heç vaxt bir tərəflə münasibətlərini digər tərəfin hesabına həll etmir

İRNA xəbər verir ki, bunu İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan jurnalistlərlə keçirdiyi mətbuat konfransında deyib.

“Biz Qafqazın bütün aktorlarına açıq şəkildə bildirdik ki, regionda istənilən geosiyasi dəyişikliyə İran tərəfindən ciddi cavab veriləcək” – deyərək Abdullahiyan bildirib.

O, vurğulayıb ki, regionun müvafiq rəsmiləri İranı əmin ediblər ki, heç bir geosiyasi dəyişiklik olmayacaq və belə bir narahatlıq olmamalıdır.

Xarici işlər naziri onu da əlavə edib ki, İranın heç bir qonşu ölkəyə, o cümlədən Azərbaycan ərazisinə qarşı ambisiyası olmayıb və yoxdur.

Daha çox göstər
Back to top button