BaşlıcaSiyasət

Kreml KTMT sammitini şərh edib

KTMT ölkələri arasında fikir ayrılıqları var, lakin ötən il belə tədbirlərin zəruriliyini göstərdi. Bu haqda  “Ria Novosti”yə görə, RF  Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, heç də yox, bəzi məqamlarda müəyyən fikir ayrılıqları var ki, bu da, həqiqətən də, dünən iki sənədin imzalanmasına mane oldu, lakin bu, o demək deyil ki, KTMT-nin mövcudluğunu hansısa formada təhlükə altına qoyur.

Həm hadisə, tədbir zamanı və bütün ötən il tərəflərin mövqeləri iştirakçı dövlətlərin belə bir təşkilata tələbinin artdığını göstərdi” – deyə Peskov Ermənistanın bəyannaməni imzalamaqdan imtinasının KTMT-nin taleyinə təsir edib-etməyəcəyi sualını cavablandırıb.

O, əlavə edib ki, çərşənbə günü də sammitlə bağlı dolğun çıxış olub.

Bundan əvvəl Peskov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalacağını bəyan edib. Yervan  sammiti tədbirin əhəmiyyətini təsdiqləyir.

O, həmçinin bildirib ki, KTMT sammiti zamanı Tacikistan və Qırğızıstan arasında münaqişə müzakirə olunub, nizamlanma istiqamətində iş çətindir, lakin davam edəcəkdir.

Çərşənbə günü KTMT sammitində Ermənistanın Baş naziri Nikol Paşinyan təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini və Yerevana yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında sənədi imzalamaqdan imtina etdiyini bəyan edib.

 O, “vəziyyətə aydın siyasi qiymətin verilməməsi nəinki KTMT-nin müttəfiqlik öhdəliklərindən imtina etməsi demək ola bilər, həm də Azərbaycan tərəfindən təşkilatın Ermənistana qarşı növbəti təcavüzü üçün yaşıl işıq kimi şərh oluna bilər”- deyərək fikrini yekunlaşdırıb.

Daha çox göstər
Back to top button