BaşlıcaSiyasət

Parlament sədri KTMT bəyannaməsinə və Ermənistana yardım layihəsinə yenidən baxılmasını məcburi hesab edir

MŞ sədri Alen Simonyan Ermənistanın Türkiyə-Azərbaycan tandemindən qorunmaq üçün KTMT-yə qoşulmasını gülməli hesab edir və strukturun ən azı siyasi qiymət verməsi vaxtı gələndə bu qiymətləndirmə kifayət  olmadı..

“Qəribədir. Biz KTMT-yə özümüzü kimdən qorumaq üçün daxil olduq? Bunun iki cavabı yoxdur, təbii ki, Türkiyə-Azərbaycan tandemindən.

 Və ən azı siyasi qiymət vermək vaxtı gələrkən  o siyasi qiymət kifayət etmədi.

Bunun reaksiyası  o idi ki, Ermənistan sadəcə olaraq sənədi imzalamaqdan imtina etdi (Ermənistan “KTMT Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsi və Ermənistan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər” layihəsini imzalamaqdan imtina etdi – red.), siyasi qiymətin hələ də veriləcəyini gözlədi” – deyərək bu barədə Simonyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

Parlament sədri vurğulayıb ki, sənədə yenidən baxılmalıdır.

“Bu, strukturun təməlində qoyulan məntiqdir, iş üsuludur” – deyə Simonyan qeyd edib.

Daha çox göstər
Back to top button