BaşlıcaBeynəlxalq

Sülh müqaviləsinin mövzusu, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı digər məsələlər kifayət qədər mürəkkəbdir

Ona görə də Moskva aydın razılaşmalar əldə olunmayana qədər tərəflərin mövqelərini şərh etməyi məqsədəuyğun hesab etmir. Alınan məlumata görə, bu barədə RF Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib və vurğulayıb ki, Ermənistan və Azərbaycan tərəfləri ilə təmaslar zamanı digərləri ilə yanaşı, sülh müqaviləsi məsələsi də müzakirə olunur.

Azərbaycan tərəfindən atəşkəs rejiminin və üçtərəfli sazişlərin pozulması məsələsinə toxunan Zaxarova tərəflər arasında əldə olunmuş bütün razılaşmaların yerinə yetirilməsinin, eləcə də vəziyyətin gərginləşməsinə yol verilməməsinin vacibliyini vurğulayıb.

“Əlbəttə, biz regionda vəziyyətin gərginləşməsinə səbəb ola biləcək təxribatçı ritorikadan çəkinməyi vacib hesab edirik. Rusiya hər iki tərəflə həm siyasi səviyyədə, o cümlədən dövlət başçıları, Xarici işlər nazirləri səviyyəsində müntəzəm təmaslar saxlayır.

Biz, Ermənistan-Azərbaycan münasibətlərinin  Cənubi Qafqazda  nizamlanması istiqamətində işi davam etdirəcəyik” – deyərək diplomat qeyd edib.

Daha çox göstər
Back to top button