BaşlıcaSiyasət

İsveçrə sərhədyanı icmaların iqtisadi bərpası üçün Ermənistana 1 milyon dollar yardım edəcək

Noyabrın 28-də İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi ilə BMT-nin Ümumdünya Ərzaq proqramı arasında Ermənistanın sərhədyanı icmalarına dəstək məqsədilə İsveçrə hökuməti tərəfindən 960 min İsveçrə frankı ayrılmasına həsr olunmuş sazişin imzalanması mərasimi keçiriləcək.

Noyabrın 23-də İsveçrə hökuməti Ermənistana son hərbi toqquşmaların təsirini yumşaltmaq üçün onun sərhədyanı icmalarına dəstək məqsədilə 960 min İsveçrə frankı yardımını təsdiqləyib.

12 aylıq REBCA humanitar proqramı Ermənistanın sərhədyanı yaşayış məntəqələrində yaşayan insanların dolanışıqlarını qoruyacaq və bərpa edəcək və böhran vəziyyətlərinə davamlılığı artırmaq üçün iqtisadi resurslarla təmin edəcək.

İsveçrə tərəfindən maliyyələşdirilən REBCA proqramı World Vision Armenia (WVA), Uşaq İnkişafı Fondu (CDF) və Strateji İnkişaf Agentliyinin (SDA) iştirakı ilə birgə hazırlanmış və həyata keçirilmişdir.

Layihə həmçinin Ermənistan Respublikasının Əmək və Sosial Məsələlər nazirliyi, Ermənistan Respublikasının Ərazi İdarəetmə və İnfrastruktur nazirliyi və seçilmiş hədəf rayonların yerli hakimiyyət orqanları tərəfindən dəstəklənəcəkdir.

Daha çox göstər
Back to top button