Başlıcaİctimaiyyət

Taleh Bağırzadə Azərbaycan həbsxanasında yenidən aclığa başlayıb

Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağızadə ikinci gündür “zülmə son!” tələbi ilə aclığa başlayıb.

Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə “Amerikanın Səsi”nə bildirib ki,  yeni köçürüldüyü 12 saylı Cəzaçəkmə Müəssisəsində təhqirlərə məruz qalmasına etiraz olaraq aclqı edir.

“Taleh Bağırzadə evə zəng etmişdi. O 7 illik həbsdən sonra, dünən noyabrın 26-da Qobustan Qapalı Həbsxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Müəssisənin rəsi müavini onun namusuna, qeyrətinə söyüş söyüb. Ona görə də hacı (Taleh Bağırzadə-red) buna etiraz olaraq sivil qayda kimi aclığa başlayıb,” o qeyd edib.

“Müdafiə xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov da ilahiyyatçının 12 saylı cəzaçəkmə müəssisəsinə daxil olan kimi təhqir və işgəncəyə məruz qalması haqda məlumat aldıqlarını deyir. Onun sözlərinə görə, gələn xəbərlərdə Taleh Bağırzadənin aldığı xəsarətdən vəziyyətinin yaxşı olmadığı bildirilir.

Rəsmi dövlət qeydiyyatı olmayan “Müsəlman Birliyi” Hərəkatı 2015-ci il yanvarın 13-də təsis edilib. Hərəkat təsis edildikdən sonra qurumun onlarla fəalı həbs edilib. Hazırda hərəkatın lideri Taleh Bağırzadə daxil olmaqla, 10 nəfər funksioneri və fəalı həbsdədir.

Tale Bağırzadə və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.

Müsəlman Birliyi Hərəkatı funksionerlərinin və fəallarının həbsini siyasi sifariş hesab edir.

Daha çox göstər
Back to top button