BaşlıcaSiyasət

Zass: «KTMT Ermənistana kömək üçün kompleks tədbirlər təklif edib» 

KTMT Ermənistana kömək üçün kompleks tədbirlər, o cümlədən vəziyyəti qiymətləndirmək üçün Azərbaycanla sərhədə missiya göndərməyi təklif edib.

Bu haqda  KTMT-nin baş katibi Stanislav Zas Belarusun ONT telekanalına müsahibəsi zamanı  deyib.

“Vəziyyət adi deyil, xüsusən də Ermənistan və Azərbaycan sərhədində demək olar ki, hər gün atışmalar baş verir”- deyə Zas bildirib.

“KTMT Ermənistana həm siyasi-diplomatik, həm də hərbi yardım üçün müxtəlif vasitələr, o cümlədən vəziyyəti real qiymətləndirmək üçün sərhədə missiya göndərməyi təklif edib. Onlar ümumilikdə bütün dövlətlər tərəfindən dəstəklənib”.

Zassın sözlərinə görə, əldə edilə bilməyən yeganə şey vəziyyətin konsolidasiya edilmiş qiymətləndirilməsi olub.

Daha çox göstər
Back to top button