BaşlıcaBeynəlxalq
ABŞ tərəfindən ER-na bazar iqtisadiyyatı statusunun verilməsi prosesi məsələsi müzakirə olunub

Noyabrın 28-də ER iqtisadiyyat naziri Vahan Kerobyan ABŞ-ın Ermənistandakı müvəqqəti işlər üzrə vəkili Çip Leytinen qəbul edib. Görüşdə nazir müavini Armen Arzumanyan da iştirak edib.
Görüş zamanı ABŞ tərəfindən Ermənistan Respublikasına bazar iqtisadiyyatı statusunun verilməsi üçün müvafiq prosesin həyata keçirilməsi məsələsi müzakirə olunub.
ABŞ-ın bazar iqtisadiyyatı statusu alması ilə bağlı Ermənistan tərəfinin hazırladığı hesabatın təqdim edilməsi və gələcək danışıqlar proseslərinin aparılması barədə razılıq əldə olunub.