BaşlıcaSiyasət

Armen Qriqoryan Fransa Prezidentinin müşaviri ilə görüşüb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransaya etdiyi işgüzar səfəri çərçivəsində Fransa Prezidentinin müşaviri İzabel Dümon, ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bris Rokfo və bir sıra rəsmilərlə görüşüb.

Görüşdə həmsöhbətlər qarşılıqlı maraq doğuran beynəlxalq və regional təhlükəsizlik gündəliyinin bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Təhlükəsizlik Şurasının katibi Ermənistanın regionumuzda təhlükəsizlik mühitinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.

Daha çox göstər
Back to top button