BaşlıcaSiyasət

Hind politoloq: “Pakistan Qarabağa təcavüz zamanı Azərbaycana dəstək verib”

44 günlük müharibədə Qarabağa təcavüz zamanı Pakistan təbii ki, Azərbaycanı dəstəklədi. Hindistanlı politoloq Cey Kansara noyabrın 28-də Ermənistan Elmlər Akademiyasında Ermənistanla Hindistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təşkil olunmuş beynəlxalq konfransda belə deyib.

O, qeyd edib ki, bundan sonra Ermənistan Pakistan timsalında daha bir düşmən qazanıb. Ekspert onu da əlavə edib ki, Pakistan da Türkiyənin Ermənistana qarşı işğalçı siyasətini dəstəkləyir və Ankaranın ərazi ambisiyalarına töhfə verir.

“2020-ci ilin əvvəlində Pakistan hakimiyyəti ölkədə türk təbliğatını yaymağa başladı” – deyərək Kansara vurğulayıb.

Politoloqun fikrincə, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edən Pakistan İranın təsirini zəiflətməklə İslam dünyasında yeni dünya düzəninin yaradılmasına töhfə vermək, şiə və sünnilərin hakimi olmaq istəyir.

Daha çox göstər
Back to top button