ArtsaxBaşlıcaSiyasət

Azərbaycan təmas xəttinin şərq və şimal-şərq istiqamətində atəşkəs rejimini pozub: Artsaxın Müdafiə Nazirliyi

Azərbaycan silahlı qüvvələrinin bölmələri noyabrın 29-da təmas xəttinin şərq və şimal-şərq istiqamətində odlu silahlardan da istifadə etməklə atəşkəs rejimini pozub. Artsaxın Müdafiə Nazirliyi bildirir ki, erməni tərəfində itki yoxdur.

Atəşkəsin pozulması barədə Rusiya sülhməramlı qoşunlarının komandanlığına məlumat verilib.

Eyni zamanda, qeyd olunur ki, noyabrın 29-da saat 18:10 radələrində Artsax Respublikanın Askeran rayonunun işğal olunmuş ərazisindəki Azərbaycan mövqelərinin atəşə tutulması ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumat dezinformasiyadır.

Noyabrın 30-u saat 10:00-a olan məlumata görə, təmas xəttində vəziyyət nisbətən sabitdir.

Daha çox göstər
Back to top button